Şagirdimiz rekorda imza atdı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.İmtahanda yalnız III ixtisas qrupu üzrə 2 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.Rekorda imza atan cəmi iki abituriyentdən biri Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynovadır.İmtahanda yüksək nəticə göstərən şagirdimiz 17 yaşlı İlhamənin hədəfi Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq, hüquqşünas olmaqdır.2015-2016 cı ildə keçirilən məktəblilərin fənn olimpiadasının Respublika turunda tarix fənni üzrə yüksək nəticə göstərərək bürünc medala layiq görülən İlhamə təəssüratlarını bölüşdü: “700 bal toplayacağıma inanırdım.Bundan əvvəlki imtahanda 685 bal yığmışdım. Bu, məni qane etmirdi. İkinci imtahanda özümə söz verdim ki, 700 bal toplayacağam. Allaha şükürlər olsun ki, bunu bacardım. Müəllimlərim məndən bu nəticəni gözləyirdilər. Onlar da çox sevinirlər”. İ.Hüseynova orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə qızıl medala layiq görülüb. Ona gələcək həyat yollarında daha böyük uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi