Məktəbin pedoqoji işçiləri Fəxri Fərmanla təltif olundu

Hər kəs həyatda qazandığı uğurlara görə müəllimlərə borcludur. Müəllimsiz heç bir cəmiyyəti təsəvvür etmək mümkün deyil. Bu şərəfli, olduğu qədər də maraqlı və gözlənilməz hadisələrlə zəngin bir peşədir.14 iyun tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə növbəti pedoqoji şura iclası keçirildi. İclasda 2016-2017-ci tədris ilinin nəticələri geniş müzakirə olundu. Peqoqoji şurada 65 yaşı tamam olan, ömrünün 30 ilindən çoxunu məktəbə, təhsilə sərf edən məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Kazımova Qəmər Xudam qızı, ibtidai sinif müəllimi Alıyeva Balaqız Əli qızı Fəxri Fərmanla təltif olundular. Hər iki müəllim söz alaraq bildirdilər ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllimin vəzifəsi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.Onlar bildirdilər ki, işlədikləri müddət ərzində məktəb həyatında bu prinsiplərə əməl etmiş, vəzifələrini layiqincə icra etməyə çalışmışlar. Məktəb rəhbərliyi və kollektivi də öz növbəsində müəllimlərə ürək sözlərini bildirdi və gələcək həyatlarında onlara uğurlar arzu etdilər.Pedoqoji şura iclasında məktəbin həmkərlar təşkilatının sədi Xatirə Məmmədova məktəb kollektivini təbrik edərək Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” müsabiqəsinin nəticələrinə görə məktəbin Fəxri Fərmanla təltif edildiyini bildirdi və məktəb kollektivinə daha böyük uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi