Şagirdimiz gümüş medala laiq görüldü

"Capoeira" Brazilya əsilli idman növüdür. Brazilyada yaşayan Afrika əsilli kölələrin özlərini müdafiə üçün təkmilləşdirdiyi bu idman növü Brazilya başda olmaqla dünyanın 120 yaxın ölkəsində mövcuddur. Estetik görünüşü, musiqi, rəqs və döyüşü özündə cəmləşdirməklə digər döyüş növlərindən fərqlənir. Ölkəmizdə də bu idman növü geniş yayılmaqdadır. R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 8 “a” sinif şagirdi Tərlan Veysəlli 14-16 yaş yeniyetmələr arasında keçiriliən Azərbaycan Respublikası XI respublika çempionatında II yeri tutaraq gümüş medal qazanmışdır. Ona gələcəkdə daha böyük uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi