Hüquq Dünyası

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə razılaşmaya əsasən “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi seminarların aparılma cədvəlinə uygun olaraq 22 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri 111 №li tam orta məktəbdə “Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyi ilə əlaqədar uşaqlar arasında maarifləndirici tədbir həyata keçirtdi. Tədbir zamanı “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev və Ombudsman Aparatının sektor müdiri Faiq Ağayev Konstitusiyada nəzərdə tutulan normalar , onun icrası, hakimiyyət bölgüsü, uşaqların konstitusiyon hüququları və Konstitusiyanın cəmiyyətin inkişafına verdiyi töhvə ilə bağlı 8 və 9-cu sinif şagirdləri ilə müzakirələr keşirdib şagirdləri maraqlandıran sualları cavablandırdılar. Tədbir boyu öz fəallağı ilə fərqlənən iki şagird-Namazov Murad Namaz oğlu(9A) və Əhmədov Məhəmmədvəli Mahir oğlu (8B) Ombudsman Aparatının “Liderlik” məktəbinə üzv seçildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi