Kitabsevərlər Kitab Mərkəzinə ekskursiya etdilər

Kitab ən yaxşı dostdur. Kitablarda axtardığımız sualların cavablarını tapırıq, kitablar təfəkkürümüzü qidalandırır, kitablar fərdi şəxs kimi yetişdirir, kitablar ən yaxşı intellektual istirahətdir. Bu məqsədlə 9 iyun tarixdə Bakı Şəhər Təhsil İdarəsinin təşəbbüsü ilə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin mütaliyəyə, ədəbiyyata həvəsi olan 30 şagirdi, kitabxana müdiri Aidə Seyfullayeva, bir neçə kitabsevər valideyn Kitab Mərkəzinə ekskursiya etdilər. Kitab evi və oranın əməkdaşları ilə yaxından tanış olan kitabsevərlər bu görüşdən çox məmnun olduqlarını bildirdilər. Mərkəzdə olarkən uşaqlar sevdikləri şeirləri söylədilər, səhnəciklər təqdim etdilər. Bu görüşdən çox razı qalan valideynlər belə görüşlərin uşaqların mənəviyyatına müsbət təsir etdiyini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi