Məktəbin səkkizinci sinif şagirdinin uğuru

19-21 may tarixlərində Buxarest şəhərində keçirilən Multikultural festivalda R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 8 “a” sinif şagirdi Abdullazadə İsa Azərbaycan mədəniyyətinin bir incisi olan muğam ifası ilə ölkəmizi təmsil etdi. Çox tanınmış incəsənət xadimləri arasında iştirak edən İsa bu sənətin gözəlliklərini və incəliklərini çox böyük uğurla təqdim edə bildi. Mədəniyyət festivalında iştirak etdiyi üçün ona xüsusi sertifkat təqdim edildi. İsaya gələcəkdə Azərbaycan muğamının mahir təmsilçisi olmağı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi