Məktəbdə “Azərbaycan yurdum mənim!” adlı tədbir keçirildi

Can qurban etmənin vaxtı çatıbsa, Səndən hansı namərd əsirgəyər can?Qoyaram başımı ayaqlarına,Ey ana torpağım! Ey Azərbaycan!7 iyun tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 1”c” sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan yurdum mənim!” adlı tədbir keçirildi.Tədbirdə şagirdlər Vətənə olan sevgi və duyğularını gözəl musiqi nömrələri, şeirlər vasitəsi ilə təqdim etdilər. Onlar söylədikləri şeirlərdə və mahnılarda bildirdilər ki, Azərbaycan Vətənimizdir və bu diyarı hər kəs ürəyi qədər sevir. Bu diyarın övladı olan hər kəs lazım gələrsə, canını da, qanını da, Vətəninə fəda etməyə hazırdır.Bu gözəl təqdimatın təşkilatçısı olan Mehparə müəllimə öz minnətdarlıqlarını bildirən şagirdlər sonda Vətən və Ana qarşısında həmişə borclu olduqlarını böyük fəxarət hissi ilə vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi