Məktəbdə “Ətraf mühitin çirklənməsi və bunun canlı orqanizimlərə təsiri” mövzusunda açıq dərs keçirildi

Ətraf mühit dedikdə insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir.6 iyun tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin biologiya müəllimi Lüdmila Sultanovanın rəhbərliyi ilə 6 “ç” sinfində “Ətraf mühitin çirklənməsi və bunun canlı orqanizimlərə təsiri” mövzusunda açıq dərs keçirildi.Belə dərslərin keçirilməsində əsas məqsəd ekoloji problemlərin aradan qaldırılması və gələcəkdə yeni problemlərin baş verməməsi üçün məktəblilərin, xüsusilə indiki gənc nəslin ekoloji təhsili və tərbiyəsinə diqqət artırılmasıdır. Hər birimizin məqsədi şagirdləri təbii sərvətlərin səmərəsiz istifadəsi nəticəsində insanların həyat və sağlamlığı üçün yaranan təhlükə haqqında düşünməyə, məişətdə və həyatda öz davranışlarını düzgün qiymətləndirməyə sövq edərək, onlarda ətraf mühitə ziyan vurmadan fəal həyat mövqeyini, sağlam həyat tərzini formalaşdırmaqdan ibarətdir. Məqsəd şagirdlərdə təbiətə qayğı hisslərini tərbiyə etməkdən , onların yaradıcılıq qabiliyyətlərini və ətraf mühitdə baş verən hadisələri düzgün qiymətləndirmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir . Dərs prosesində coğrafiya və həyat bilgisi fənnlərinə inteqrasiya olundu. Qrup şəklində keçirilən dərsdə qruplar arasında qarşılıqlı hörmət və əməkdaşlıq nümayiş edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi