Məktəbdə “Azərbaycan övladıyam” adlı tədbir keçirildi

2 iyun tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 1 “a” sinif şagirdləri “Azərbaycan övladıyam” adlı tədbir təqdim etdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Balacaların ifasında səslənən vətənpərvər şeirlər, mahnılar hamıya böyük qürur hissi yaşatdı. Onlar öz ifaları ilə körpə qəlblərinin bütün hərarətini tədbirdə iştirak edənlərə çatdıra bildilər. Vətən, Azərbaycan, ana, müəllim kəlmələrini mükəmməl şəkildə şərh edən birincilər hamıya böyük sevinc yaşatdılar. Bu onların doqquz tədris ayı ərzində aldıqları biliklərin, qazandıqları uğurların, dünyagörüşlərinin təqdimatı idi. Sinif müəllimi Ulduz Qəmbərovanın əməyini yerə vurmayan balacalar bayram sevinci yaşadılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi