Məktəbdə “Şən birincilər” adlı tədbir keçirildi

1 iyun R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 1 iyun Usaqların Müdafiə Günü ilə əlaqədar “Şən birincilər” adlı tədbir keçirildi. Sinif rəhbəri Sevda Cavadova olan birincilər bütün bacarıqlarını toplayaraq , nağıllar aləminə səyahət etdilər,gözəl səhnəciklər nümayiş etdirdilər. Məktəblilərin ifasında milli, Şərq və Avropa rəqsləri alqışlarla qarşılandı. Məlahətli səsə malik uşaqlar tədbirin daha maraqlı olması üçün zövqləri oxşayan və yaddaqalan musiqi nömrələri ifa etdilər.Şagirdlərin hər bir çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Balacaların belə istedadı tədbirdə iştirak edən hər bir kəsi valeh etdi, uşaqlar öz təqdimatları ilə valideynlərini belə duyğulandırdılar. Onlar xoşbəxt günləri üçün öz dövlətlərinə olan vətənpərvərlik hisslərini sevgi ilə nümayiş etdirdilər və dünyada yaşayan bütün uşaqlara belə xoşbəxtlik dilədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi