Məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilmişdir

Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiə Günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. 31 may tarixdə Nəsimi rayon R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə möhtəşəm tədbir keçirildi. Tədbirdə Nəsimi rayon İcra hakimiyyəti başçısı Asif Əsgərov, Nəsimi rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Təhsil İdarəsinin böyük məsləhətçisi Böyükağa Əhmədov, rayon məktəblərinin diektorları, valideynlər iştirak etdilər.Tədbirdə dünya uşaqlarının təqdimatında səslənən bir birindən maraqlı və rəngarəng, gözəl musiqi nömrələri, rəqslər qonaqlara xoş əhval-ruhiyyə bəxş etdi. Möhtəşəm Azərbaycan bayrağının qarşısında baş əyən iştirakçı uşaqların vətənpərvərlik hissləri hamını duyğulandırdı və fəxarətləndirdi.Bayram tədbirində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov uşaqları “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi