Texnologiya fənnindən növbəti açıq dərs keçirildi

Hər kəs sağlam və gənc qalmaq istər. Həyat boyu sağlamlığın ən fundamental dayağı sağlam qidalanmaqdır. Sağlam qidalanma təbliğatına düzgün yanaşma ona görə lazımdır ki, hər bir insan qidalanmada düzgün, sərbəst seçim etməyi öyrənsin. 26 may tarixində “Sağlam həyat” layihəsi çərçivəsində R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə sağlam qidalanmanın təbliğatına düzgün yanaşma məqsədi ilə növbəti açıq dərs keçirildi. 5 ”a” sinfində texnologiya müəllimi Nailə Abdullayevanın rəhbərliyi ilə keçirilən dərsdə süfrə mədəniyyəti ilə bərabər sağlam qidalanmanın mahiyyətini anlayan şagirdlər çox maraqlı təqdimatlar etdilər. Belə dərslər şagirdlərə sağlam qidalanma və zərərli qidalardan, vərdişlərdən uzaq olmaq haqqında bilgilərin əldə olunmasında müsbət təsir edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi