Məktəbdə 28 may Respublika gününə həsr olunmuş tədbir keçirildi

May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi gün R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə də böyük təntənə ilə qeyd olundu. Məktəb foesində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edildi. Tədbirdə isə Respublika günü ilə əlaqəli tarixi anlar təqdim olundu, şerlər və musiqi parçaları səsləndirildi. Sonda məktəbin direktoru Jalə Hacıyeva bildirdi ki, dövlət müstəqilliyini, suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək borcumuzdur və hər birimiz Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin qurucuları olmalıyıq. Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi