İngilis dili müəllimləri təlimlərdə iştirak etdilər

R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin bir qrup ingilis dili müəllimləri Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və British Council tərəfdaşlığı ilə yaradılan İngilis dili müəllimləri üçün təlim-resurs mərkəzində tədris olunan dərslərdə iştirak etdilər. Mərkəzdə müəllimlərin istifadəsi üçün ümumilikdə 5000-dən çox resurs toplanmışdır. Bunlara müəllimlərə dil tədrisi zamanı müxtəlif metodologiyalardan istifadə və müxtəlif bölmələr üzrə tədrisi inkişaf etdirmək üçün nəzərdə tutulmuş təlimat kitabları, azyaşlılar və dili yeni öyrənənlər üçün dərs vəsaitləri, ümumi istifadə üçün bədii əsərlər, məşhur klassik və müasir əsərlərin müxtəsər formatda nəşrləri və s. aiddir. Müəllimlərimiz tərəfindən onların peşəkarlıq səviyyəsinin artırılmasında böyük rol oynayan belə təlimlərin keçirilməsi çox müsbət qiymətləndirildi. Tədris kursunun sonunda müəllimlər sertifikatlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi