2016-2017-ci tədris ilinin riyaziyyat fənni üzrə “Ehtimal və Nəticə” mövzusunda son açıq dərs keçirildi

18 may tarixdə IVA sinfində 2016-2017-ci tədris ilinin riyaziyyat fənni üzrə “Ehtimal və Nəticə” mövzusunda son açıq dərsi keçirildi. Dərs prosesində şagirdlər ehtimal hadisəninin baş vermə mümkünlüyünü ifadə etdilər. Onlar insanların baş vermiş hadisələr haqqında əvvəlcədən fikir yürüdə bilmələri, bunun üçün hansı məlumatların əldə etmələri, hadisələrin ümumi sayı ilə baş verməsi arzu olunan hadisələrin sayı arasında nə kimi əlaqə olduğunu araşdırmaq üçün hadisələri təcrübü yerinə yetirdilər, statistik məlumatlar topladılar nəticələr çıxardılar, proqnozlar verdilər. Sonda hadisələrin baş verməsini sözlərlə və ədədlərlə ifadə etmə, statistik məlumatlara görə fikiryürütmə, məlumatı müxtəlif qrafik formalarda təqdimetmə bacarıqlarına görə qiymətləndirmə aparıldı.Dərs iştirakçılar tərəfindən maraqla dinlənildi və dərsin müsbət qiymətləndirilməsi nəzərə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi