Məktəbdə “Fiqurlar şahlığına səyahət” adlı dərs təqdim olundu

Mayın 16-da R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 5 "a" sinfində “Fiqurlar şahlığına səyahət” adlı dərs – tədbir keçirildi. Dərs Ulu Öndər Heydər Əliyevin təhsil haqqında dediyi dəyərli kəlamlarla başladı. Riyaziyyatın həndəsə bölməsinə həsr edilmiş dərsdə Aljasmi İmana “Üçbucaqların tətbiq sahələri”, Simarə və Səbiyyə Bayramovalar “Dördbucaqların tətbiqi sahələri” mövzusunda slaydlardan ibarət təqdimatlar nümayiş etdirdilər. Həndəsi fiqurlara aid şeirlər, tapmacalar, məsələlər şagirdlər tərəfindən rəngarəng şəkildə təqdim olundu. Tədbirdə həndəsə elminin banisi Evklid və Nəsrəddin Tusinin obrazları canlandırıldı. Dərsdə ədəbiyyat, rus dili, ingilis dili, coğrafiya,fizika, tarix fənlərinə inteqrasiya olundu, bu isə dərsin daha maraqlı və canlı keçirilməsinə səbəb oldu. Çox maraqlı dərs təqdim etdikləri üçün riyaziyyat müəllimi İsmayılova Sevinc başda olmaqla 5 "a" sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən Diplom təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi