15 may Beynəlxalq Ailə günü münasibətilə keçirilən tədbirdə məktəbin valideynləri iştirak etdi

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.Nəsimi rayonunda Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan ailələr, ağsaqqal, ağbirçəklərlə yanaşı R.Nəsirov adına 111 saylı tam orta məktəbin valideyinləri olan İmamverdiyevlər ailəsi də iştirak etdilər. Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Tədbirin sonunda iştirak edən bütün ailələrə sertifkat təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi