Məktəbdə “Ölməz Öndər” adlı tədbir keçirildi

10 may görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycanın qurucusu, memarı Heydər Əliyevin ad günüdür. Bu günü bütün Azərbaycan xalqı qeyd edir. Bakı şəhəri Nəsimi rayon R.Nəsirov adına 111 saylı tam ora məktəbdə də Ulu öndərin 94 illiyi geniş şəkildə qeyd edildi. “Ölməz Öndər” adlı tədbir məktəbin həyətində şagird və müəllim kollektivinin iştirakı ilə təşkil edildi. Şagirdlərimiz böyük məhəbbətlə, sevgi ilə şeirlər söylədilər, böyük şəxsiyyətin şərəfinə mahnılar oxudular, rəqs nümayiş etdirdilər. Onların söylədikləri şeirlərdə Heydər dühası, sevgisi, xalqına məhəbbət kimi hisslər tərənnüm edildi.Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş sivil dünya dövlətləri cərgəsinə çıxarmaq arzusu ilə yaşamış və bu arzunun reallaşmasına bütün həyatını qurban vermişdir. Böyük şəxsiyyət hər zaman demişdir: “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Biz hamımız fəxr edirik ki, biz Azərbaycanlıyıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi