Şagirdlərimiz “Fam Tram” layihəsinə qoşuldular

Ekskursiyalar, canlı dərslər və bir çox maraqlı tədbirləri özündə birləşdirən “Fam Tram” layihəsi bütün ölkəni əhatə edir. 1 may 2017-ci il tarixdə “Fam Tram” layihəsinə R.Nəsirov adına 111 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Vəliyeva Kəramət rəhbəri olduğu III sinfi ilə bərabər qatılıb Azərbaycan Diplomatik Akademiyasında oldular. Burada şagirdlər tələbəlik həyatı ilə maraqlanıb tələbələrlə söhbət etdilər, ingilis dilində dialoq qurdular, Universitetin kitabxanasında müxtəlif maraqlı kitablarla tanış oldular. Ekskursiyanın sonunda şagirdlər “Mən gələcəyin tələbəsiyəm” mövzusunda inşa yazdılar.Bu görüş uşaqlarda çox böyük təəsürat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi