Məktəbdə Oxu Günü 3 layihəsi davam edir

28.04.2017-ci il tarixdə R. Nəsirov adına 111 №-li tam orta məktəbdə Vb və Xb sinif şagirdləri tərəfindən Oxu Günü 3 layihəsi ilə əlaqədar istedadlı şair, Azərbaycan dramaturgiyasının banisi M.F Axundzadənin ən sevilən komediyalarından biri, “Misyo Jordan və Dərviş Məstəli şah ” əsərinin səhnələşmiş təqdimatı nümayiş olundu. Əsərin səhnələşmiş təqdimatını izlədikdən sonra 10b sinif şagirdləri əsər haqqında geniş məlumat verdilər. Mövzu ətrafında müzakirələrdə fəal iştirak edən şagirdlər öz fikirlərini bildirərək fırıldaqçılığı,avamlığı, cadugərliyi, cəhaləti tənqid edib insanları həyatımızda geniş yer tutan maarifçiliyə səslədilər.Yuxarı sinif şagirdləri əsəri müasir dövrlə əlaqələndirib çox maraqlı fikirlər söylədilər.Sonrakı təqdimat Va sinif şagirdləri tərəfindən olundu.Onlar Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı” və “Bir qalanın sirri” nağılını səhnələşmiş təqdimatını nümayiş etdilər. Oxu Günü ilə əlaqədar keçirilən tədbirlər şagirdlərdə kitablara, bədii ədəbiyyata olan marağı və sevgini daha da artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi