Oxu Günü 3 münasibəti ilə məktəbdə şagirdlər tərəfindən “Vaqif” dramı təqdim olundu

25 aprel 2017-ci il tarixdə R.Nəsirov adına 111 saylı tam orta məktəbdə Beynəlxalq Oxu Günü münasibəti ilə ədəbi-bədii gecə keçirilmişdir. Gecənin təşkilatçıları olan VIII a sinif şagirdləri Azərbaycanın xalq şairi Səməd Vurğunun "Vaqif " dramına müraciət etməklə gözəl bir təqdimat nümayiş etdilər. Şagirdlər Molla Pənah Vaqif, Molla Vəli Vidadi,Ağa Məhəmməd şah Qacar, Xuraman, vəzirlər, şeyx, təlxəy və sair obrazları sevə-sevə və böyük ustalıqla yaratdılar. Tədbirdə səslənən, Molla Pənah Vaqifin qəzəllərinə yazılmış rast və seygah isə hamının ürəyincə oldu. Şagirdlərin Molla Pənah Vaqifin həyat və yaradıcılığına müraciət etmələri təsadüfi deyildi. Çünki, bu təqvim ilində Molla Pənah Vaqifin 300 illik yubileyinin təntənəli surətdə qeyd olunması YUNESKO tərəfindən qəbul olunmuşdur. Ədəbi- bədii gecənin şagirdlər tərəfindən çox yüksək səviyyədə təqdim edilməsi və rəngarəngliyi tədbirdə iştirak edənlər tərəfindən bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi