Oxu Günündə məktəbin balaca yazarlarının kitab təqdimatı keçirildi

25 aprel 2017-ci il tarixdə Beynəlxalq Oxu Günü ilə əlaqədar R.Nəsirov adına 111 №-li tam orta məktəbdə şagirdlərinin özləri tərəfindən hazırlanmış çox nəfis, səliqəli, rəngarəng, müxtəlif məzmunlu kitabların təqdimatı keçirildi. Təqdimatda iştirak edən məktəbin direktoru J.Hacıyeva bildirdi ki, Oxu Gününün keçirilməsi şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə böyük təsir edir. Sonra balaca müəlliflər öz kitablarını çox böyük sevinclə təqdim etdilər. Hər bir kitabın məzmununun müxtəlifliyi və fərqliliyi onda idi ki, bu kitablar şagirdlərin dünya görüşlərindən, aldıqları məlumatlardan, sevdikləri insanlardan və qəhrəmanlardan bəhs edirdi. Balaca yazarlar arasında öz şer kitabçasını təqdim edənlər də oldu. Kitab müəllifləri məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi, bu kitabların ərsəyə gəlməsində onlara dəstək olan valideyinlərinin də rolu qeyd edildi.Məktəb foyesində təşkil olunmuş kitab sərgisi çox böyük maraqla izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi