Məktəbin I-IV sinif şagirdlərinin iştirakı ilə Oxu Gününə həsr olunmuş“Kitablar aləminə səyahət” layihəsi həyata keçirildi

25 aprel tarixi dünya təqvimində Beynəlxalq Oxu Günü kimi qeyd olunur.Mütaliəyə diqqətin artırılması məqsədilə keçirilməsi nəzərdə tutulan Oxu Günü ədəbiyyata marağı olan hər kəsdə kitab bayramı abu-havası yaşadır. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.Bu məqsədlə 20 aprel 2017-ci il tarixdə R.Nəsirov adına 111 №-li tam orta məktəbdə Oxu Gününə həsr olunmuş “Kitablar aləminə səyahət” layihəsi çox uğurla həyata keçirildi.Tədbirdə məktəbin müəllimləri və valideynlər iştirak etdilər. Gün ərzində məktəbin I-IV sinif şagirdləri nağıllar və hekayələr əsasında qurulmuş səhnəciklər təqdim etdilər.Onların yaratdığı hər bir personaj öz rəngarəngliyi və muxtəlifliyi ilə cox böyük maraq yaratdı .Usaqlar öz bacarıqlarından, səlist danışıq qabiliyyətlərindən, musiqi məharətlərindən istifadə edərək gözəl çıxışlar göstərdilər. Tədbir boyunca şagirdlər “Tık-Tık xanım”, “Qoğal”, “Qaraca qız”, “Qırmızı papaq”, “Turp” , “Buratino”nağıllarını, “Qara ağacın kölgəsi”,”Bilik ən böyük xəzinədir” hekayələrini , Dədə qorqud, Babək obrazlarını xüsusi məharətlə təqdim etdilər.Sonda Oxu Gününə həsr edilmiş layihə məktəb həyətində yekunlaşdı, uşaqlar tərəfindən havaya buraxmış şarlar onların bayram əhval- ruhiyyəsini təcəssüm etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi