Şagirdlərimiz YARAT Müasir İncəsənət Məkanında oldular

Aprelin 13-də 111 nömrəli tam orta məktəbin 4 "C" sinf şagirdləri “YARAT” Müasir İncəsənət Mərkəzində oldular. Şagirdlərimiz YARAT Müasir İncəsənət Məkanında Orxan Hüseynovun ilk iri miqyaslı fərdi sərgisinin təqdimatında iştirak etdilər, sərgiyə həsr olunmuş filmlərə baxdılar. Orxan Hüseynov məhz bu sərgi üçün 5 yeni möhtəşəm əsər yaradıb. Bu əsərlər gündəlik həyatımızın bir hissəsi, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Sonda şagirdlərlə müxtəlif oyunlar, viktorinalar keçirildi, qaliblərə hədiyyələr təqdim olundu. Şagirdlər mərkəzdən böyük məmnunluq hissi ilə ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi