“İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində görüş

“İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Azərbaycanda GMO məhsullarının cəmiyyətə verdiyi ziyanlar mövzusunda görüş keçirildi. Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində “Önəmli olan məhsulun tərkibi və bizim sağlamlığımızdır. Çalışaq, sağlam olaq” mövzusunda 111 saylı tam orta məktəbdə elmi-nəzəri praktik konfrans keçirilmişdir.Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin layihə üzrə rəhbəri Muğan Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyinin məsləhətçisi Həsən Səmədov, AMEA-nın elmi işçisi Milli Tarix muzeyinin YAP təşkilatının sədri Pərvanə Əzimova, bioloq Qərənfil Ağalarova iştirak etdi. Görüşün əsas mövzusu GMO məhsullarının cəmiyyətə verdiyi ziyanlar haqqında aparılan araşdırmalar, bu barədə əhalini məlumatlandırmaq, onların dövriyyəsini, satışını və yayılmasını məhdudlaşdırmaq üçün gənclər arasında vətənpərvərlik ruhunun qaldırılması, dövlətçiliyə və tarixi milli dəyərlərə ehtiramla yanaşma sahəsində məqsədyönlü təbliğatın aparılması oldu.Tədbirdə mövzu ilə əlaqəli video çarxlar nümayiş olundu və uşaqları maraqlandıran suallar cavablandırıldı. Sonda layihənin həyata keçirilməsində texniki dəstəyinə görə məktəbin X sinif şagirdi Balaməmməd Cəbrayılova Təşəkkürnamə təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi