Məktəbdə “Xocalıya ədalət” kompaniyası çərçivəsində mühazirə keçirildi

“Xocalıya ədalət” kompaniyası çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən mühazirələr təşkil edilmişdir. Aprelin 13-də 111 saylı tam ora məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində mühazirə keçirildi. Mühazirə Heydər Əliyev Fondunun əməkdaşı Kərim Kərimli tərəfindən aparıldı. Heydər Əliyev Fondunun əməkdaşı Kərim Kərimli qan yaddaşımız olan Xocalı faciəsi, bu tarixi faciəyə aparan uzun yoldan söhbət açdı. Əzəli-əbədi torpaqlarımızdakı “böyük köç”dən, Xocalı sakinlərinə qarşı törədilən ağlasığmaz dəhşətlərdən danışdı. Sonra rəsmi xronikaya müraciət edərək video çarxlar göstərildi. Tədbirin sonunda şagirdlərin çoxsaylı sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi