Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirilib

R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin 6 "A" sinif şagirdləri yeni bir layihə həyata keçirdilər. Aprelin 10-da Nəzrin Abdullayevanın “Dairə, sektor, seqment” mövzusunda, aprelin 11-də Nihad Həsənzadənin “Çevrə” mövzusunda keçirdiyi "Açıq dərs"lər müəllimləri və sinif yoldaşları tərəfindən maraqla qəbul olundu. Maraqlıdır ki, dərsin planı düşünülmüş və məqsədyönlü təşkil olunmuşdu. Qruplarla təşkil olunmuş hər iki dərsdə informasiya mübadiləsinə, tətbiqetməyə düzgün riayət olundu. Sonda şagirdlər tərəfindən qiymətləndirilmə aparıldı. Qeyd etmək lazımdır ki, hər iki şagird Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk mərhələsində iştirak edərək yüksək nəticə göstərmişlər. Şagirdlərimizə uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi