Məktəbin şagirdləri təlimdə iştirak etdilər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir. Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.Nəsimi Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dovlət Komitəsinin təşkilatçılığı ilə 6 aprel 2017 –ci il tarixdə “Uşaq Hüquqları: öyrənək və öyrədək” mövzusunda keçirilən növbəti təlimdə uşaq hüquqları ilə bağlı məlumat verildi, mövzu ətrafında aktiv müzakirələr aparıldı, uşaq məsələlərini əhatə edən müxtəlif sosial çarxlar nümayiş etdirildi.Təlimdə iştirak edən R.Nəsirov adına 111 saylı tam orta məktəbin IX sinif şagirdləri İsmayılova Xavər və İlahə Əfəndiyevaya fəal iştiraklarına görə Sertifikat təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi