Məktəbdə şagird təqdimatlarına əsaslanan açıq dərs keçirildi

Riyaziyyat fənni məntiqi təfəkkürün təməlini qoyur.Buna görə də riyaziyyat dərslərində şagirdlər fikirləşməyi, müşahidə etməyi, müqayisə etməyi, fərziyyə irəli sürməyi, onun düzgün olub-olmadığını yoxlamağı, ümumiləşdirib nəticə çıxartmağı, alınmış nəticələrdən real həyatda istifadə etməyi bacarmalıdırlar.Bütün bunlar müasir dərsin tələbləridir. 05.04.2017 tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin VII a sinfində riyaziyyat müəllimi K.Nuriyevanın rəhbərliyi ilə “İkidəyişənli xətti tənliklər sistemi və onun qrafik üsulla həlli” mövzusunda şagirdlərin təqdimatına əsaslanan riyaziyyat dərsi keçirildi.Təqdimatlar əsasında keçirilən dərs qruplar tərəfindən təqdim olundu və qruplar tərəfindən də qarşılıqlı qiymətləndirildi. Şagirdlər dərsin bele qurulmasında çox yaradıcı fəallıq göstərdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi