Məktəbimizdə “Şəhriyar işığı,bahar nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilmişdir

O taylı, bu taylı Azərbaycanın böyük şairi Şəhriyarın adı bütün Türk dünyasına tanışdır. O, sadə xalq dilində yazılmış əsərləri ilə milyonların qəlbində özünə taxt qurub. Şairin ən məşhur əsərlərindən biri olan “Heydərbabaya salam” poeması uşaqdan-böyüyə hər kəsin dilinin əzbərinə çevrilib.Həyatının böyük bir hissəsini Iranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü:Səndən ayrı düşsəm də mən, eşqin ilə yaşayıram,Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan...Vətən eşqi məktəbində can verməyi öyrənmişik,Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!Şəhriyarın ürəyi də səninki tək yaralıdır,Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan!18 mart 2017-ci il tarixdə R.Nəsirov adına tam orta məktəbdə unudulmaz şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyinə həsr olunmuş “Şəhriyar işığı,bahar nəfəsi” adlı ədəbi-bədii tədbir keçirilmişdir.Tədbir eyni zamanda Beynəlxalq Oxu Günü ilə əlaqədar BŞTİ tərəfindən keçirilən layihənin bir istiqaməti kimi dəyərləndirildi.Tədbirdə qonaq qismində Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin müdiri Sayman Aruz, İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazi və başqa qonaqlar da iştirak etdilər.Tədbir boyunca şagirdlərin ifasında şairin şerləri səsləndirildi.Şairin görüş səhnələri, həyat və yaradıcılığına həsr olunmuş video çarxlar təqdim olundu.Eyni zamanda şagirdlərin ifasında səslənən bahar təravətli mahnılar tədbiri daha da rövnəqləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi