Məktəbimizdə “Fitnə” sənədli filmi təqdim olundu

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması" tədbirlərinin gücləndirilməsi və maarifləndirilməsi məqsədi ilə Fəaliyyət Planına uyğun olaraq, 17 mart 2017-ci il tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin əməkdaşları Nuri İmanov və Samir Yoldaşov, məktəb rəhbərliyi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Fitnə” sənədli filmi təqdim olundu. Filmin nümayişindən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı “Fitnə” filminin gənclərin din pərdəsi altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını bildirildi. Eyni zamanda qeyd olundu ki,dini radikalizmlə və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları vacib şərtlərdəndir.Sonda gənclər filimlə bağlı öz fikirlərini şərh etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi