Məktəbimizdə Novruz bayramı qeyd olundu

Azərbaycan xalqına, elinə, torpağına yaz gəlir,bahar gəlir.Bu münasibətlə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə bayram şənlikləri keçirildi. Siniflərdə kimi rəqs etdi, kimi nəğmə oxudu, kimi yumurta döyüşdürdü.Bayramda Keçəllə Kosanın iştirakı uşaqları daha da sevindirdi.Milli adət-ənənələrimizi qorumaq,yaşatmaq, adət-ənənələrimizlə qürurlanmaq hər bir Azərbaycanlıya mənsub olmalıdır. Məktəbimizin şagirdləri də bu gözəl bayram əhval-ruhiyyəsini duydular, şənləndilər,bu gözəl El bayramı münasibəti ilə hamını təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi