1Ç sinfi Əlifba bayramı

Əlifba bütün elmlərin açıarı və insanları elmə aparan yoldur.Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanır.Ona görə də ənənəvi olaraq I lər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər.Məktəbimizin ibtidai sinif müəlliməsi Kama Vəliyevanın rəhbərlik etdiyi 1Ç sinfi də ənənəvi “Əlifba” bayramını keçirib.Musiqili,ədəbi-bədii gecə I lərə bahar əhval-ruhiyyəsi bəxş edib. Mərasimə məktəb rəhbərliyi və valideynlər qatılıb. Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər,yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb. Tədbirdə çıxış edən məktəbin direktoru birincilərə gələcək həyatlarında uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi