Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş açıq dərs keçirilmışdir

BŞTİ tərəfindən Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş açıq dərslər davam edir.Növbəti açıq dərs Bakı şəhəri R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin tarix müəllimi Xatirə Fehruzzadə tərəfindən Bakı şəhəri 211 nömrəli məktəbdə təqdim olunmuşdur.Açıq dərs “Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda təqdim olunmuşdur.Dərsin keçirilməsində əsas məqsəd Heydər Əliyevin mədəniyyət,incəsənət,musiqi,kino sahəsində gördüyü işlər haqqında şagirdləri ətraflı məlumatlandırmaq və onun Azərbaycanın mədəniyyət tarixindəki əvəzsiz rolunu göstərmək idi. Dərsin gedişində şagirdlərə müxtəlif slaydlar və Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən video çarxlar təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi