Fərqli Sən final

14.05.2015-ci il tarixdə məktəbdə məktəbin və eləcə də İncəsənət Unversitetinin məzunu, rejissor Röyal Cəbiyevin rəhbərliyi ilə ‘Fərqli Sən’ adlı layihənin final mərhələsi həyata keçirilmişdir. Layihənin keçirilməsində əsas məqsəd məktəbdə oxuyan şagirdlər arasında öz istedadları və yaradıcılıqları ilə fərqlənənlərin üzə çıxarılması olmuşdur.Layihədə Nəsimi rayon məktəbləri 60,240,46, THL və 111-in müxtəlif sinif şagirdləri ayrı-ayrı nominasiyalar üzrə çıxış edərək öz bacarıqlarını nümaiş etdirmişlər. Layihəyə baxış zamanı məktəbin şagird və müəllim kollektivi,qonaqlar,valideynlər iştirak etmişdirlər.Tədbirin xüsusi qonaqları Təhsil İnovasiya Şöbəsinin sədr müavini Xuraman Osmanova, rejissor Emil Babayev, aktyor Elşən Talıbov idi. Qonaqlar və tədbir iştirakçıları layihəni çox bəyəndilər və məktəbimizdən xoş təəsuratlarla ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi