Əlifba bayramı 1a

Əlifba bütün elmlərin açıarı və insanları elmə aparan yoldur.Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanır.Ona görə də ənənəvi olaraq 1-cilər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər.Məktəbimizin 1A sinfi də bu gün ənənəvi “Əlifba” bayramını keçiriblər.Musiqili,ədəbi-bədii gecə 1-cilərə bahar əhval-ruhiyyəsi bəxş edib. Mərasimə məktəb rəhbərliyi və valideynlər qatılıb. Birincilər “Vals” sədaları altında səhnəyə daxil olublar. Ardınca dövlət himni səsləndirilib . Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər,yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.Valideynlərin iştirakı ilə də viktorinalar keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru birincilərə gələcək həyatlarında uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi