Məktəbdə general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. 27.02.2017-ci il tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin fizika müəllimi Gülnarə Abdullayevanın rəhbərliyi və rus bölməsinin VI-XI sinif şagirdlərinin iştirakı ilə , general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri açan,məktəbin fizika müəllimi Gülnarə Abdullayeva bu görkəmli şəxsiyyət haqqında məlumat verərək bildirdi ki, general-leytenant Kərim Kərimov kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü olmuşdur.Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir.Sonra şagirdlərin təqdimatında onun geniş fəaliyyətini əks etdirən məlumatlar dinlənildi.Sonda Kərim Kərimova həsr edilmiş film izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi