Məktəbdə “Xocalı soyqırımını unutma!” adlı tədbir keçirildi

Xocalı faciəsinin 25-ci il dönümü ilə əlaqədar olaraq məktəbdə həftə ərzində tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilmişdir. Həftə ərzində Xocalı soyqırımına həsr olunmuş ,faciəni əks etdirən rəsm sərgisi,açıq dərslər təqdim olundu , 24.02.2017-ci il tarixdə birinci dərslər Xocalı soyqrımına həsr edildi.Eyni zamanda 24.02.2017-ci il tarixdə məktəbin akt zalında müxtəlif siniflərin təqdimatında “Xocalı soyqırımını unutma!” adlı tədbir keçirildi.Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açaraq bildirdi ki,Xocalı soyqırımı XX əsrin ən dəhşətli və qəddar hadisələrindən biridir.Xocalı faciəsi bizə məlum olan Babiyar,Xatun faciələri ilə eyni səviyyədə durur.Sonra,bu kədərli ildönümü günündə tədbir iştirakçıları Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Şagirdərin ifasında səslənən şerlər,musiqi nömrələri,səhnəciklər onların xalqına sevgi və şəhidlərinə ehtiramlarının sübutu oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi