“Ekoloji aylıqlar”layihəsi çərçivəsində Mədəniyyət və İncəsənət muzeyinə ekskursiya

Bildiyimiz kimi, 2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar”layihəsinə start verilmişdir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində fevral ayı “Ekoloji mədəniyyət və incəsənət,Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası ” mövzusunda müxtəlif istiqamətdə fəaliyyətlər icra olunur.Layihə ilə əlaqədar olaraq R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə də müxtəlif tədbirlər keçirilmişdir.21.02.2017-ci il tarixdə məktəbin III C sinif şagirdləri sinif rəhbərləri Kəramət Vəliyevanın rəhbərliyi ilə Mədəniyyət və İncəsənət muzeyində oldular.Su çərşənbəsinə təsadüf edilən bu gündə şagirdlər maraqlı məlumatlar əldə etdilər,suyun incəsənətlə bağlılığının və suyun yaratdığı ecaskar musiqi təqdimatının şahidi oldular.Şagirdlərin iştirakı ilə milli sərvətimiz olan xalça sənətinin arnamentlərini işlədilər,onlara təqdim olunan milli çərəzlərimizi daddılar.Sonda muzey rəhbərliyi tərəfindən uşaqlara hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi