21 Fevral tarixdə məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş dərslər keçirildi

21 Fevral Beynəlxalq Ana dili günü qeyd olunur. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur. 21 fevral 2017-ci il tarixində R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri –Məlihə Əsədova,Möminə Şükürova,Gülnarə Məcidova,Şirin Bayraməliyeva tərəfindən tədris etdikləri siniflərdə “Ana dilim,doğma dilim” mövzusunda açıq dərslər təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi