Məktəbimizdə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar keçirildi

13.02.2017-ci il tarixdə “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin nümayəndələri tərəfindən R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində seminar keçirildi.VI sinif şagirdləri ilə keçirilən seminarda məktəblilər reproduktiv sağlamlıq üzrə məlumatlandırıldı,sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirildilər.Proqramın əsas məqsədi gənc nəslin sağlam böyüməsi,onların zərərli vərdişlərdən qorunması,habelə gələcəkdə sağlam ailə qurulması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdir.Seminarda məktəbin psixoloqu Fidan Qəmbərova və valideynlər də iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi