Şagirdlərimiz Bakıxanov adına çörək zavoduna ekskursiya etdilər

Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirirlər. Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır. Bəlkə də elə həmin səbəbdən çörəyə and içir, kiminsə səhlənkarlığı ucbatından yerə düşmüş çörək parçasını qaldırıb öpür və gözünün üstünə qoyuruq. Bu, çörəyin müqəddəsliyinə böyük inamdan irəli gəlir. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.Şagirdlərimizə milli mənəvi dəyərlərə hörmət,ehtiram hisslərini aşılamaq və çörəyin dəyərini, əldə olunması üçün insanların hansı zəhmətlərdən keçdiklərini əyanı olaraq göstərmək məqsədilə məktəbimizin ibtidai sinif müəllimi Sevda Cavadova rəhbərlik etdiyi IC sinfi ilə bərabər şəhərimizdə yerləşən Bakıxanov adına çörək zavoduna ekskursiya etdilər.Birincilər bu ekskursiyadan çox böyük sevinclə qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi