Məktəbdə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd olundu

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 12-19 yanvar 2017-ci il tarix R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Vətənpərvərlik Həftəsi” elan edildi.Həftə ərzində bütün siniflərdə mövzuya uyğun olaraq təqdimatlar təqdim edildi,19 yanvar tarixdə birinci dərs saatları 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olundu.Siniflərdə mövzuya uyğun olaraq video çarxlar, slaydlar, şagirdlərin iştirakı ilə “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi” mövzusundaı əbədi-bədii kompazisiya və rəsm sərgisi təqdim olundu.Tədbirdə eyni zamanda 111 nömrəli məktəbin adını daşıdığı məktəbin məzunu,şəhid Rövşən Qaraxan oğlu Nəsirovun da xatirəsi ehtiramla yad edildi və məktəbin önündəki abidəsi önünə qərənfillər düzüldü. Hər il olduğu kimi bu Şərəf Gününü məktəbin kollektivi qürurla andı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi