Narkomaniya ilə mübarizəyə həsr olunmuş görüş keçirildi

13 yanvar 2017-ci il tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri və Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyətinin nümayəndələri:V.Rüstəmov, F.Məmmədov, F.Sayadov və bölmənin başqa nümayəndələri ilə görüş keçirilmişdir. Görüş “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair (2013-2018) Dövlət Proqramı”nın icrası ilə əlaqədar görülmüş işlərə həsr olunmuşdur. Görüşdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyətlə iş köməkçisi Vüsal Rüstəmov bildirdi ki,bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağır problemlərdən biri də cəmiyyətin ciddi bəlasına ,xalqın,millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və geniş anlamda narkotizmdir və əsrin bəlası olan narkotikə qarşı mübarizə həmişə diqqət mərkəzində olan bir problemdir.Görüş zamanı şagirdlər onları maraqlandıran suallarla müraciət etdilər.Tədbirin sonunda narkomaniyanın törətdiyi fəsadların qurbanları olmuş şəxslərin söhbətlərindən ibarət video roliki izləyən şagirdlər görüşdən daha məlumatlı ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi