"Öyrənməyə həvəsliyik" intellektual yarışının sınaq mərhələsi keçirildi.

  Aprel ayının 1-də 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılıgı ilə Elm festivalı çərçivəsində "Öyrənməyə həvəsliyik" intellektual yarışının sınaq mərhələsi keçirildi.Yarışda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik hüquqi şəxsin texniki fənlər üzrə dərnəklərin üzvləri iştirak etdilər.Kimya-texnologiya dərnəyinin rəhbəri Aynurə Maşayevanın rəhbərliyi ilə məktəbimizin şagirdləri ,Alılı Gülay,Cəfərova Xədicə,Babazadə İlkin,Əhmədli Tural,Eyvazov Yunis,Quliyev Emin altı turdan ibarər olan sınaq yarışında iştirak etdilər.Tarix,cografiya,ədəbiyyat fənlərini və digər ümumi sualları əhatə edən yarışda məktəbin komandası çox böyük həvəslə iştirak etdi və 10 komanda içərisində bu mərhələnin dördüncüsü oldu.İntellektual yarışın final mərhələsi aprel ayının 8-də baş tutacaq.Bizdən isə onlara final mərhələdə yalnız qalibiyyət arzulamaq qalır.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi