"XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı açıq dərs keçirildi.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Məktəbimizin tarix müəlliməsi Fehruzzadə Xatirə 5ci siniflərdə "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı açıq dərs keçmişdir. Dərs zamanı uşaqlar soyqırım haqqında geniş məlumatlandırılmış, öz təqdimatlarını nümayiş etdirmiş, sonda isə sənədli film izləmişlər.