Məktəbdə "Kitab sərgisi" keçirildi.

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.
Məktəbimizdə təşkil olunan "Kitab sərgisi" uşaqların sevimli kitablarını məktəbə gətirmələri ilə baş tutdu. Yüzlərlə bədii ədəbiyyatın təqdim olundugu bu sərgi uşaqlarda kitaba olan sevgini daha da artırdı.Hər kəs öz sevimli əsərini qısa məzmunda təqdim etməklə qarşı tərəfi sehirli bir aləmə aparmış oldu.Bu sərgi 14 fevral-Beynəlxalq Kitab bagışlama günü və 21 fevral -Beynəlxalq Ana Dili Günü ərəfəsində ən gözəl təqdimat kimi dəyərləndirildi.