20 Yanvara həsr olunmuş tədbir.

     19 yanvar tarixdə bütün təhsil müəssisələrində və eləcə də məktəbimizdə birinci dərs saatları 20 Yanvar faciəsinin ötuz üçüncü ildönümünə həsr olundu.Tədris prosesində 33 il sonra qanlı 20 Yanvar hadisələrini təhlil etməklə ,onu düzgün qiymətləndirməklə həm xalqımızın tarixində cox önəmli və məşəqqətli olaylara nəzər salındı,həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini- şəhidlərimizin xatirəsi yad edildi.Dərs təqdimatlarının birində isə Nəsimi rayon Vateranlar şurasının sədri Validə Vəliyeva,Müharibə Əmək və Sulahlı Qüvvələr Veteranları İctimai birliyinin ideologiya şöbəsinin ,20 Yanvar ictimai birliyinin əməkdaşları iştirak etdilər.Bildirildi ki,Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir,öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni hec vaxt unutmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi