Ulu Öndərə həsr olunmuş açıq dərslər keçirilmişdir

12 dekabr 2016-cı il tarixdə R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Liderinin irsinin daha da dərindən öyrənilməsi məqsədilə məktəbin şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər keçirilmişdir.Tarix müəllimləri Fehruzzadə Xatirə,Qurbanova Elnarə tərəfindən keçirilən dərslərdə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib.Bundan əlavə, şagirdlər Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıb, böyük şəxsiyyət haqqında yazılan kitablardan ibarət guşə ilə də tanış olublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi