OSEP layihəsi çərçivəsində məktəbdə tədbir keçirildi.

    Bu gün OSEP layihəsi çərçivəsində Bolqarıstanın Bakıdakı konsulu Krastina Lekova,Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov,OSEP layihəsinin ekspert qrupunun sədri Namiq Cəfərov məktəbimizdə Bolqarıstan Respublikasına həsr olunmuş "açıq dərs"in təqdimatında iştirak etdilər.Beşincilərin bu təqdimatı qonaqlarda xoş əhval-ruhiyyə yaratdı,bolqar dilində səslənən şerlər,mahnılar ,Qavrova lətifələri,Bolqar xalq nagılı ,rəqslər.... hər kəsə məmnuniyyət yaşatdı, qonaqların da məhşur "Şuşanın dagları" mahnısına rəqs etmələri bu tədbirə gözəllik qatdı.Sonda Milli Olimpiya Komitəsi tərəfindən 2019-cu ildə də XV Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti Təhsil Proqramının icrasında səmərəli fəaliyyətinə və Olimpiya hərəkatının təbligindəki xidmətlərinə görə məktəbimiz TƏŞƏKKÜRNAMƏ ilə təltif edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi